AATP ÇR-nın Parlamentində Yaroslav Faltinekin rəhbərliyi altında seminar keçirib

2018 – ci il. 14 mart (çərşənbə günü) Avropa – Azərbaycan ticarət palatası, Çex parlamentinin aqrar komitəsi sədri Yaroslav Faltinekin rəhbərliyi altında seminar keçirib. Azərbaycan – Çexiya münasibətləri mövzusuna aid seminarda hər iki ölkənin görkəmli nümayəndələri iştirak edib.

Azərbaycan – Çexiya əməkdaşlığının perspektivlərinə aid seminarda giriş sözü ilə Yaroslav Faltinek çıxış etdi. O, nitqini: – “Azərbaycan və Çexiya, hər iki ölkə bu il müasir dövlətçiliyinin 100 yaşını qeyd edir. Bizi digər cəhətlər də oxşar edir: hər iki xalq tolerantlığı ilə seçilir. Azərbaycan həm də bizim strateji tərəfdaşımızdır, ölkəmiz idxal etdiyi neftin üçdə birini Azərbaycandan alır” – sözləri ilə başladı.

Seminarda Azərbaycanın Çex Respublikasının enerji təhlükəsizlik təminatında rolu; ÇR ilə Azərbaycan arasında ticarət əməkdaşlığı; Azərbaycanda mövcud siyasi vəziyyət və digər bu kimi məsələlər müzakirə olunub.

Seminarın işində Azərbaycanın ÇR – da səfiri Fərid Şəfiyev, Avropa – Azərbaycan ticarət palatasının prezidenti David Snaşel, Xəzər regionu üzrə ekspert Eduard Qombar və ASN təşkilatının Çex Respublikası üzrə direktoru Eldar Vəliyev və digər şəxslər də fəal iştirak etmişlər.

Avropa – Azərbaycan ticarət palatasının prezidenti David Snaşel çıxışında: – “Sevindiricidir ki, bu gün biz bu cür tədbirləri Parlament binasında keçirə bilirik. Mən cənab Faltinekə göstərdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm. Azərbaycanın mədəni və sosial tərəqqisinə kömək ola biləcək, ikitərəfli istehsal və ticarət münasibətlərinin inkişafına yardım edən tədbirlərin keçirilməsində biz həmişə maraqlıyıq” – nikbin sözlərlə tədbirə dair münasibətini bildirdi.

Avropa – Azərbaycan Ticarət Palatası haqda (məlumat)

Avropa – Azərbaycan ticarət palatası Çex Respublikası, Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında qarşılıqlı iqtisadi və ticarət əlaqələrinin inkişafına köməklik göstərir. Palatanın məqsədi – Azərbaycanla, Çex və Avropa təşkilatları, ticarət təsisatları, assosiasiya və biznes dairələri, ümumiyyətlə maraq göstərən bütün dövlət və özəl təşkilatlar ilə sıx əməkdaşlıq əlaqələrinin inkişafına xidmət etməkdir. Palata bunlarla yanaşı, mədəniyyət və turizm sahəsinin inkişafına yardım edən layihələrə də dəstək verir. Bütün bu fəaliyyətimizin məqsədi regionların yaxınlaşması və ikitərəfli əməkdaşlığın güclənməsinə nail olmaqdır.

ƏLAQƏ

E-mail vasitəsilə

 

info@ea-coc.com

 

Bizim ünvanımız

Avropa-Azərbaycan Ticarət Palatası
Jana Masaryka 252/6, 120 00 Prague 2
Şirkətin VÖEN - i: 059 05 052

 
 

BİZNES MƏLUMAT

Palata Praqanın Bələdiyyə Məhkəməsi tərəfindən
saxlanılan reyestrdə qeydiyyatdan keçmişdir,
qeydiyyat nömrəsi L 68064,
hüquqi statusu: birliy