Dağlıq Qarabağ Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyevə təbrik məktubu

“Azərbaycan Respublikası Dağlıq Qarabağ

Bölgəsinin Azərbaycanlı İcması”

ictimai Birliyinin sədri

Tural Gəncəliyevə

Hörmətli Tural – bəy!

Sizi, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlılar icmasının sədri seçilməniz münasibəti ilə ürəkdən təbrik edirik!

Avropa – Azərbaycan Ticarət Palatası olaraq həmişə təşkilatımıza göstərdiyiniz xoş münasibət və diqqəti təbii ki, biz unuda bilmərik. Çexiyada Azərbaycan səfirliyində çalışdığınız dövrdə ölkələrimiz arasında iqtisadi – ticarət əlaqələrinin inkişafına təəssübkeşliklə yanaşmanız da sizin dostlarımız sırasında olmanızı isbat edir. İnanırıq ki, münasibətlərimiz gələcəkdə də davam edəcək.

Sizə yeni vəzifənizdə uğurlar diləyir, doğma vətəniniz – Dağlıq Qarabağda müharibənin sona yetməsini arzu edirik. Xatırladaq ki, Çexiya Xocalıda soyqırımı törədilməsini rəsmən tanıyan ilk Avropa ölkəsi olmuşdur. İstərdik ki, bu cür faciələr heç vaxt bir daha təkrarlanmasın, ölkənizin bütün ərazisində sülh və əmin-amanlıq bərqərar olsun. O gün olsun ki, Avropa – Azərbaycan Ticarət palatası həmin bölgələrdə iqtisadi inkişafa rəvac verən işlərə qoşulsun, insanların rifahına öz töhfəsini  verə bilsin.

Hörmətlə,

Avropa – Azərbaycan Ticarət palatasının sədri

David Snaşel

ƏLAQƏ

E-mail vasitəsilə

 

info@ea-coc.com

 

Bizim ünvanımız

Avropa-Azərbaycan Ticarət Palatası
Jana Masaryka 252/6, 120 00 Prague 2
Şirkətin VÖEN - i: 059 05 052

 
 

BİZNES MƏLUMAT

Palata Praqanın Bələdiyyə Məhkəməsi tərəfindən
saxlanılan reyestrdə qeydiyyatdan keçmişdir,
qeydiyyat nömrəsi L 68064,
hüquqi statusu: birliy