AATP Azərbaycan mətbəxini çex jurnalistlərə təqdim edib
Avropa-Azərbaycan Ticarət Palatası, Azərbaycan Çexiya Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı işgüzar əlaqələri inkişaf etdirməklə yanaşı, Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərə də dəstək verir. Buna görə, aprelin dördündə (04. 04. 2019 ), Çexiyanın paytaxtı Praqada, “Caspian” restoranı ilə birlikdə, çex jurnalistləri və ictimaiyyət nümayəndələrinə “Azərbaycanın milli mətbəx mədəniyyəti” mərasimi keçirilmişdir.
Avropa-Azərbaycan Ticarət Palatasının katibi Eldar Vəliyev qonaqlara Azərbaycan mətbəxinə aid müvafiq mədəni ənənələr barədə ətraflı məlumat vermişdir.
Caspian restoranında artıq İki ildən çoxdur çalışan və Praqanın sakinləri və paytaxt qonaqları üçün Azərbaycan mətbəxini təqdim edən aşbaz Oqtay Nəsibov, qonaqlar üçün çox maraqlı bir menyu hazırlamışdır. Zövqlə tərtib olunan süfrədə yarpaq dolması, basdırma-kabab, plov, paxlava və digər bu kimi ənənəvi Azərbaycan yeməkləri qonaqlara təqdim olunmuşdur.