AATP President Hotelində Azərbaycan Respublikasının 101 illiyinə həsr olunmuş təntənəli tədbir keçirib
28 may 2019 – ci ildə, Praqa “President Hotel”-də, Azərbaycan Respublikasının 101 illiyi münasibəti ilə təntənəli şam yeməyi mərasimi təşkil olunub. Təntənəli mərasim Azərbaycan – Avropa ticarət palatası və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi ilə birlikdə keçirilib.
Tədbirdə ÇR Baş Nazirin 1-ci müavini və Daxili işlər naziri Yan Hamaçek, Azərbaycan Respublikasının Çex Respublikasında səfiri Fərid Şəfiyev, Azərbaycan – Avropa ticarət palatasının prezidenti David Snaşel, Çexiyada akkreditə olunan xarici ölkələrin səfirləri, yerli siyasi dairələrin nümayəndələri, azərbaycanlı biznesmenlər və digər mötəbər qonaqlar iştirak edib.