AATP “New Living Center Prague” Mərkəzdə Azərbaycan axşamı təşkil edib
2018-ci ilin 5 dekabr tarixində, Avropa-Azərbaycan Ticarət Palatası, Praqanın yaşayış Mərkəzi ilə birlikdə, Çex və Azərbaycanlı iş adamlarını bir araya gətirərək “Azərbaycan axşamı” adlı tədbir keçirdi. Mərasimdə Praqada yerləşən Azərbaycan Respublikasının Səfirliyinin nümayəndələri də iştirak edib.
Azərbaycan Respublikasının Çexiyada səfiri, cənab Fərid Şəfiyev axşamın açılışında çıxış edərək tədbir iştirakçılarını salamladı: “Azərbaycan və Çexiya arasında əlaqələr üçün çox vacib olan bu axşamın təşkilatçılarına təşəkkürümü bildirirəm. Mən Avropa-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi bu cür sosial və mədəni tədbirlərdə həmişə məmnunluqla iştirak edirəm ” – deyə Fərid Şəfiyev vurğuladı.
Avropa Ticarət Palatasının prezidenti David Snaşel isə çıxışında: “Bu günkü axşam kimi yığıncaqlar bizim üçün çox vacibdir. Həm Çexiya, həm də Azərbaycanlı sahibkarlar burada görüşüb əməkdaşlıq haqqında danışıqlar aparmaq imkanı əldə edirlər. Bu da Avropa-Azərbaycan Ticarət Palatasının ən vacib məqsədlərindəndir, ona görə bu axşamın bütün təşkilatçılarına təşəkkürümü bildirirəm” – dedi.
“Azərbaycan axşamı” tədbiri çərçivəsində qonaqlar “New Living Center Prague” – n təşkil və təqdim etdiyi proqramda, Mərkəzinin fəaliyyətini göstərən ekspozisiyaya tamaşa etmək imkanı qazanmışlar. İştirakçılara bildirildi ki, Mərkəzdə 22-dən çox “showroom”, ev ləvazimatları və dizayn ilə məşğul olan 81 dizayn markası yerləşir.