AATP nümayəndələri və Çexiyanın kənd təsərrüfat naziri Miroslav Toman ilə görüş keçirilib

Bu ilin 15 Yanvar 2019-cu il tarixində, Avropa Azərbaycan Ticarət Palatasının Prezidentinin və Azərbaycanın Çexiyadakı səfiri cənab Fərid Şəfiyevin,  Çexiyanın kənd təsərrüfatı naziri cənab Miroslav Toman ilə görüşü keçirilib. Görüşdə, iki ölkə arasında kənd təsərrüfatı sahəsində mümkün olan layihələr haqqında müzakirələr aparılıb.

AATP-n nümayəndələri və Azərbaycan Respublikası səfirinin Çex kənd təsərrüfatı naziri ilə görüşü, ötən ilin sonunda keçirilən İsmayıllı regionuna səfərin nəticələri əsasında baş vermişdir. Həmin vaxt Çex Respublikasının iş adamlarından ibarət nümayəndə heyəti İsmayıllı rayonunda yerləşən bir neçə kənd təsərrüfatı müəssisələrini ziyarət ediblər. İsmayıllı rayonu ilə tanışlıqdan sonra Çexiyalı qonaqlar İsmayıllı rayonunun İcra Başçısı Mirdaməd Sadıqovla Bakıya qayıtmış və burada Milli Məclisin sədr müavininin iştirakı ilə İqtisadiyyat Nazirliyində danışıqlar aparmışlar.

„Biz çox məmnunuq ki, cənab nazir bizi qəbul etdi və Çexiya ilə Azərbaycan arasında gələcəkdə yarana biləcək kənd təsərrüfatı layihələri haqqında bizdən məlumat aldı. Bu iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar üzə çıxara biləcək əlavə səfərləri planlaşdırırıq“ – deyə Avropa-Azərbaycan Ticarət Palatasının sədri David Snaşel bildirib.

Çərşənbə günü keçən görüş zamanı, Çex Kənd təsərrüfatı Naziri cənab Miroslav Toman, Çexiya ilə Azərbaycanın kənd təsərrüfatlarını bir birinə bağlayan AATP-nin planlarını dəstəklədi. Görüşdə, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə, xüsusən də Azərbaycandan Çexiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin artırılması, heyvandarlıqda seleksiya, gübrə məhsulları və gübrədən zərər çəkmiş torpaq ərazilərinin təmizlənməsi, su və kanalizasiya təmizləyici qurğularının tikintisi barədə məsələlər müzakirə edilib. Həmçinin kənd təsərrüfatında sərmayə tələb edən prioritet sahələr üzrə birgə layihələrin hazırlanması və hər iki ölkənin aqrar tədqiqatlar mərkəzləri arasında əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Bundan əlavə, AATP nümayəndələri, Çex kənd təsərrüfat naziri və Azərbaycan səfiri ilə Azərbaycan Çexiya arasında elmi-tədqiqat əməkdaşlıq imkənları barədə müzakirə aparılıb. „Canab Nazir ilə gərara gəldik ki gələcəkdə Çexiyaya azərbaycanlı tələbələr və kənd sahəsində çalışan elmi işçilər elmi praktika üçün səfər edə biləcəklər“ –  deyə David Snaşel bildirdi.

Görüşün sonunda cənab nazir Miroslav Toman kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən Azərbaycan müəssisələrini Çexiyada keçiriləcək sərqilərdə iştirak etməyə dəvət edib. Belə sərqrilərdən biri, tezliklə (12-15 May, 2019 – il tarixində)  Brno şəhərində keçiriləcək “Milli Malqara” adlı  sərqi olacaq.

ƏLAQƏ

E-mail vasitəsilə

 

info@ea-coc.com

 

Bizim ünvanımız

Avropa-Azərbaycan Ticarət Palatası
Jana Masaryka 252/6, 120 00 Prague 2
Şirkətin VÖEN - i: 059 05 052

 
 

BİZNES MƏLUMAT

Palata Praqanın Bələdiyyə Məhkəməsi tərəfindən
saxlanılan reyestrdə qeydiyyatdan keçmişdir,
qeydiyyat nömrəsi L 68064,
hüquqi statusu: birliy