AATP Çexiya məktəblilərinə Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumat verib

Bu günlərdə Çexiyanın Ruda nad Moravou şəhərinin orta məktəbində, 7-ci və 8-ci sinif şagirdləri üçün Azərbaycana həsr olunan coğrafiya və tarix dərsləri keçirilib. Bu dərslər vasitəsi ilə təxminən 100 nəfər şagirdə Azərbaycanın tarixi və mədəniyyətinə aid maraqlı məlumatlar vermişdir. Tədbir, bu dərsləri aparan Avropa-Azərbaycan Ticarət Palatasının katibi Eldar Vəliyevin təşəbbüskarlığı və Azərbaycan səfirliyinin dəstəyi ilə həyata keçirilib.

Eldar Valiyev Azərbaycanın qədim tarixi ilə şagirdləri tanış etmiş, digər məqamlara toxunmuş, əsasən isə XX əsrin 17 – ci və 18-ci illərində baş verən hadisələr (ADR – lə bağlı), bu günkü Azərbaycanın nailiyyətlərini əks edən faktlar barədə məlumat vermişdir.

Dərsdə uşaqlar öyrəndilər ki, Çexiya kimi, 1918-ci ildə Azərbaycan da öz ilk respublikası – Azərbaycan Demokratik Respublikasını – yaradıb, lakin iki ildən sonra (1920-ci ildə) bolşevik Rusiyasının ordusu tərəfindən ölkəmiz işğal olunub. Müasir Azərbaycan Respublikası isə SSRİ – nin 1991-ci ildə süquta uğraması dövründə yenidən öz müstəqilliyini bərpa edib.

Şagirdlər həmçinin Azərbaycanda ən sevimli milli bayramlarından biri – Novruz bayramı haqqında məlumat əldə ediblər, uşaqlara ənənəvi Novruz şirniyyatı olan paxlava paylanılıb. Bundan başqa, onlara Azərbaycan xalqının mədəniyyətini əks edən bir neçə kitab və jurnallar hədiyyə olunub.
Dərslərin yekununda müəllim E. Vəliyev ilə iştirakçılar arasında maraqlı sorğu – suallar aparılıb. Bu müzakirələrdə yalnız şagirdlər deyil, həm də onların müəllimləri iştirak ediblər.

 

ƏLAQƏ

E-mail vasitəsilə

 

info@ea-coc.com

 

Bizim ünvanımız

Avropa-Azərbaycan Ticarət Palatası
Jana Masaryka 252/6, 120 00 Prague 2
Şirkətin VÖEN - i: 059 05 052

 
 

BİZNES MƏLUMAT

Palata Praqanın Bələdiyyə Məhkəməsi tərəfindən
saxlanılan reyestrdə qeydiyyatdan keçmişdir,
qeydiyyat nömrəsi L 68064,
hüquqi statusu: birliy